Azərbaycanın ilk müstəqil-modern teatrı olan Azərbaycan Dağınıq Oda Teatrı 9-cu ilində səkkizinci məkanının açılışı üçün ianə kampaniyası toplayır. ADO teatrı pandemiya və müharibə dönəmində çətinliklərlə üzləşərək, ötən il martın 10-da milli teatr günündə öz məkanını itirib. Aktyorlar kampaniyaya diqqət çəkmək üçün performans paltarlarında şəhərin ictimai məkanlarına üz tutub. Komandanın sözlərinə görə, uzun axtarışlardan sonra onlar bünövrəsi 155 il öncə qoyulmuş hamamı təmir edərək fəaliyyətlərini bərpa etmək niyyətindədirlər. Məkanın girişində#ADOoda8 lövhəsi asılacaq. Bu lövhədə ianə edənlər öz adını görə bilər və bu lövhə ADO tarixində ilk ianə kampaniyasının izi kimi qalacaq.
ADO teatrı fəaliyyətini bərpa etmək üçün ianə toplayır
Your browser doesn’t support HTML5
Azərbaycanın ilk müstəqil-modern teatrı olan Azərbaycan Dağınıq Oda Teatrı 9-cu ilində səkkizinci məkanının açılışı üçün ianə kampaniyası toplayır.
ADO teatrı pandemiya və müharibə dönəmində çətinliklərlə üzləşərək, ötən il martın 10-da milli teatr günündə öz məkanını itirib.
Aktyorlar kampaniyaya diqqət çəkmək üçün performans paltarlarında şəhərin ictimai məkanlarına üz tutub.
Komandanın sözlərinə görə, uzun axtarışlardan sonra onlar bünövrəsi 155 il öncə qoyulmuş hamamı təmir edərək fəaliyyətlərini bərpa etmək niyyətindədirlər. Məkanın girişində #ADOoda8 lövhəsi asılacaq. Bu lövhədə ianə edənlər öz adını görə bilər və bu lövhə ADO tarixində ilk ianə kampaniyasının izi kimi qalacaq.