Ağ Ev bazar ertəsi günü bəyan edib ki, prezident Donald Trampın Şimali Koreya ilə hər hansı danışıqlarda başlıca məqsəd Pxenyanın nüvəsizləşdirilməsindən ibarətdir.
“Onlar artıq bəzi addımlar atıblar ki, biz bunu tərəqqi hesab edirik. Lakin biz tamamilə yəqin bilirik ki, qarşıda uzun yol var və biz irəliyə yolu davam etdirəcəyik”, Ağ Evin mətbuat katibi Sara Hakaabi Sanders bildirib.
Amma biz sanksiyaların yüngülləşdirilməsinə başlamaq üçün bundan daha artıq iş görüldüyünü görmək istəyirik.Sara Hakabi Sanders
O, müxbirlərə deyib ki, “maksimum təzyiq kampaniyasını davam etdirəcəyik. Biz nüvəsizləşdirilmə istiqamətində real və konkret addımların atıldığını görməliyik, amma mən prezidentin keçirəcəyi müzakirələrdən əvvəl açıqlamalar vermək istəmirəm.”
Sanders bildirib ki, Şimali Koreya lideri Kim Yonq Unun bu yaxnnlarda nüvə silahları testləri və ballistik raket sınaqlarını dayandırmasını elan etməsi “düzgün istiqamətdə atılmış bir addımdır. “Amma biz sanksiyaların yüngülləşdirilməsinə başlamaq üçün bundan daha artıq iş görüldüyünü görmək istəyirik”, o əlavə edib.
Prezident Tramp bazar günü bildirib ki, Birləşmiş Ştatlar onun Şimali Koreya lideri ilə görüşündən əvvəl heç bir güzəştə getmədiyi halda, Pxenyan artıq nüvə silahlarının inkişaf etdirilməsini dayandırır.
Amerika lideri Twitter səhifəsindəki mesajında yazıb: “Biz heç bir güzəştə getməmişik və onlar artıq nüvəsizləşdirilməyə (Dünya üçün çox yaxşıdır), obyektin bağlanması və artıq sınaq keçirməməyə razı olub!”
Sleepy Eyes Chuck Todd of Fake News NBC just stated that we have given up so much in our negotiations with North Korea, and they have given up nothing. Wow, we haven’t given up anything & they have agreed to denuclearization (so great for World), site closure, & no more testing!
— Donald J. Trump (@realDonaldTrump) April 22, 2018
Lakin Tramp etiraf edib ki, onun Şimali Koreya lideri ilə mayın sonunda, ya da iyunun əvvəlində baş tutacağı gözlənilən danışıqlarının nəticəsi qeyri-müəyyəndir. Pxenyan nüvə arsenalının aradan qaldırılmasına və Trampın iddia etməsinə baxmayaraq, Koreya yarımadasının daimi nüvəsizləşdirilməsinə hələ razı olmayıb.
Cənubi Koreyanın bildirdiyinə görə, Şimali Koreya nüvə silahlarlarının aradan qaldırılmasında maraqlı olduğunu bildirib.