Ağ Evə daxil olmaq istəyən şəxs həbs edilib

ABŞ prezidentinin ailəsi Şükranlıq bayramını qeyd etdiyi bir vaxt Ağ Evin qarşısındakı hasarı aşmağa cəhd göstərən şəxs hazırda həbs edilib.

Dünən hasarı aşan kimi Cozef Kaputo məxfi xidmət agentləri tərəfindən dərhal həbs edilib.

Şahidlərin sözlərinə görə onun əlində bağlama olub. Lakin bağlamanın içərisində nə olduğu məlum deyil.

Polis saxlanılan şəxsin nə məqsədlə Ağ Evin hasarını aşmasını araşdırır.

Ötən ilin sentyabrında İraq müharibəsi əlili hasarı aşaraq məxfi xidmət agentləri tərəfindən saxlanılanadək Ağ Evin içərisinə kimi gedə bilmişdir.