Alkoqollu içki istehsalçıları 60 faizdən çox vergi ödəməli olacaqlar

Avqustda alkoqollu içkilərin istehsalı ilə məşğul olan 30 vergi ödəyicisində aksiz - nəzarət postları fəaliyyətə başlayandan sonra hesablanmış aksiz vergisi və ödənilmiş vergi məbləği 60%-dən çox artıb. Bu gün Vergilər Nazirliyinin mətbuat xidməti məlumat verib.

Alkoqollu içkilərin istehsalı ilə məşğul olan müəssisələrə nəzarətin bərpası nəticəsində araq istehsalı və daxili bazarda satış həcmlərində 3 dəfə artım qeydə alınıb. Şərab satışı isə müvafiq həcmdə aşağı düşüb.

Bundan öncə Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev qeyd edib ki, şərab zavodları şərab üzrə şişirdilmiş istehsal göstəriciləri yazır, eyni zamanda, faktiki olaraq şərab istehsal edirlər. Aksiz dərəcəsi şərab üzrə aksizdən dəfələrlə çoxdur. Buna görə müəssisələr vergidən yayınır.