Amazon şirkəti 30,000 yeni vakansiyanı doldurmağı planlaşdırır. Bu məqsədlə onlayn satış firması ABŞ-ın altı şəhərində karyera günləri təşkil edəcək.
Vakansiyalara ilkin səviyyəli işlərdən tutmuş softveyr mühəndislərinədək müxtəlif sahələr daxildir.
Şirkət saatda $15 dollardan başlamaqla əmək haqqı təklif edir.
Bütün iş yerləri daimi və tam-ştatlı statusdadır.
Amazonun işçilərinə verəcəyi maaş saatı 15 dollardan başlayır.
"Karyera Günləri"nin Vaşinqton, Boston, Çikaqo Dallas, Naşvill və Sietl şəhərlərində keçiriıməsi planlaşdırılır ki, Amazon bu şəhərlərdə nəhəng artım proqnozlaşdırır.
"Siz burada Amazon işçiləri ilə söhbətləşib şirkətdə işləmək haqda təsəvvür toplaya bilərsiniz," əməkçi qüvvənin inkişafı departamentində vitse-prezident qismində çalışan Ardine Vilyams bildirir.
Onun sözlərinə görə, çoxları şirkətdə işləməyin necə olması və hansı rolların açıq olduğu haqda bilmək istəyirlər. Bu söhbətlər onlara özlərinə müvafiq mövqeləri müəyyənləşdirməyə kömək edəcək.