Amerika jurnalistləri: gəlirlər, nüfuz və böyük missiya

Məktəb yaşlarında Sovet İttifaqı üçün ABŞ-da nəşr olunan “Amerika” jurnalını əvvəlindən axıradək oxumağı sevirdim. Jurnal sovet adamlarını Amerika haqda məlumatlandırmaq üçün Dövlət Departamenti tərəfindən nəşr edilirdi.

Jurnalın nüsxələrindən birində ABŞ-ın NBC tele-şirkətində xəbər proqramının o zaman aparıcısı olmuş Cessika Saviç haqda məqalə oxumuşdum. Tanınmış aparıcının jurnalın səhifələrində ofisi və evində çəkilmiş foto-şəkillər yerləşdirilmişdi. Bu fotolar məndə onun tam fərqli bir dünyadan zəngin və özünə arxayın bir qadın olduğu haqda təəssürat yaratmışdı.

ABŞ-da karyera və iş yerləri haqda CareerCast saytına əsasən, 10 ən stresli peşələrdən biri qəzet müxbiridir. Bunun əsas səbəbi müxbirlərin üzərinə düşən məsuliyyət və onların yüksək ictimai statusu ilə izah edilir.


İllər keçdikdən sonra artıq Amerikada tanınmış tele aparıcıların həyatı haqda daha geniş və daha dəqiq məlumatım oldu. Böyük ekranda böyük xəbərlərin ulduzları həqiqətən də böyük gəlirlərə və nüfuza malik insanlardır.


ABŞ-da karyera və iş yerləri haqda CareerCast saytına əsasən, 10 ən stresli peşələrdən biri qəzet müxbiridir. Bunun əsas səbəbi müxbirlərin üzərinə düşən məsuliyyət və onların yüksək ictimai statusu ilə izah edilir
ABŞ-da media işçilərinin gəlirləri və ictimai nüfuzu hər il Forbes, Huffinqton Post kimi mötəbər dərgilər tərəfindən açıqlanır. Bu siyahılara nəzər salsaq, tanış adlara rast gələ bilərik.


Volf Blitser

CNN tele-şirkətinin tanınmış aparıcısı Volf Blitser 3 milyon dollar illik gəlirlə ən zəngin media işçilərinin siyahısında ən yüksək yerləri tutmur. ABŞ seçkiləri zamanı 24 saat efirdən demək olar düşməyən Volf Blitser hər gün 2 saat analitik proqramında ölkədə və dünyada baş verən hadisələri təhlil edir.


Corc Stefanopolus prezident Obama ilə müsahibə keçirir

ABC şirkətinin “Meet the Press” ( mətbuatla görüş) proqramının aparıcısı Corc Stepanopulosun illik gəliri 5 milyon dollardır. Həftənin ən başlıca hadisələri bu proqramda ABŞ Konqresi və administrasiyanın yüksək səviyyəli nümayəndələri tərəfindən müzakirə edilir.




CNN tele-kanalında hər axşam canlı yayımda iki saat sürən “Anderson Live” proqramının təsisçisi və aparıcısı Anderson Kuper 11 milyon dollarla Amerika tele-məkanında ən yüksək gəlirə malik jurnalistlərdən biri hesab edilir. Hər axşam efirə çıxan proqram Amerikada gənc tamaşaçılardan ibarət ən böyük auditoriya toplayan proqramlar arasında göstərilir. Anderson Kuperin populyarlıq səviyyəsini onun 2012-ci ildə Nyu-Yorkda Madam Tüsso muzeyində mum heykəlinin açılışı ilə ölçmək olar.


Anderson Kuper Madam Tüsso muzeyində öz fiquru ilə

Lakin məsələ təkcə yüksək gəlirlərlə bitmir. Forbes jurnalı hər il media sahəsində nüfuzlu adamların siyahısını dərc edir. Bu siyahıda adları göstərilən aparıcı jurnalistlər təkcə böyük maliyyə deyil, həm də cəmiyyətdə yüksək mövqe tutur. Bu nüfuz onlara xəbərləri qərəzsiz çatdırmaqla yanaşı ictimai hadisələrə öz münasibətini bildirmək imkanı verir. Cəmiyyət də onların fikirlərinə diqqət verir. Beləliklə, istər yayım mediası, istərsə də mətbu orqanlarda çalışan jurnalistlər və ictimaiyyət arasında münasibət yaranır. Forbes dərgisinin nüfuzlu media adamları siyahısında bir neçə tanınmış qadın jurnalisti göstərmək istəyirəm.


Arianna Huffinqton

Hufftington Post media şirkətinin təsisçisi və baş redaktoru Arianna Hafftinqton 2013-cü ildə Forbes jurnalının siyahısında dünyada 100 ən nüfuzlu qadın arasında 63-cü yerdə göstərilib. Onun 8 il bundan əvvəl yaratdığı media qurumuna 250 milyondan çox şərh daxil olub.





Dayan Soyer

ABŞ-ın ən nüfuzlu qadın jurnalistlərindən biri, ABC şirkətinin aparıcısı Dayan Soyer Forbes jurnalının siyahısında 73-cü yerdə göstərilib. Amerikada qadın jurnalistlərin professional karyera qura bilməsində böyük rolu olmuş Dayan Soyer media sahəsində ən tanınmış və nüfuzlu adlardan biridir. Dünyanın bir çox liderləri ilə müsahibələr keçirmiş və artıq məşhurlar və Hollivud ulduzları kateqoriyasına daxil olan Dayan Soyerin illik gəliri 12 milyon dollardır.



Kristian Amanpur

CNN tele-şirkətinin tanınmış aparıcısı Kristian Amanpur Forbes jurnalının 2012-ci ildə hazırlanmış siyahısında dünyanın ən nüfuzlu 100 qadını arasında 53-cü yerdə göstərilib. 1991-ci ildə ABŞ-ın birinci Körfəz müharibəsi zamanı və 1990-cı illərin əvvəllərində Sarayevodan reportajları ilə hərbi müxbir qadın obrazını Amerika televiziyasına gətirmiş Amanpurun ümumi varidatı 12 milyondan yüksəkdir.



Media sahəsi dəyişir və müasirləşir, jurnalistlər də bu çətin, məsuliyyətli, stresli dünyada qərəzsiz və etibarlı xəbərləri ictimaiyyətə çatdırmaq kimi yüksək missiyanı gəlirlərindən asılı olmayaraq yerinə yetirməyə davam edir.
​Təbii ki media sahəsində çalışan jurnalistlərin çoxu yüksək gəlirlilər kateqoriyasına aid edilmir. Amerikada media sahəsinə yeni gələn jurnalistlərin maaşı orta hesabla 36 min dollar kimi göstərilir. Redaktorlar, tele-radio şirkətlərində yazarların maaşları 60 min dollar və bundan yuxarıdır. Daha böyük media bazarında maaşlar və tələblər daha yüksəkdir. Bunlara baxmayaraq, gəlirindən asılı olmayaraq, media işçiləri cəmiyyətdə statusa malikdir.



ABŞ-da karyera və iş yerləri haqda CareerCast saytına əsasən, 10 ən stresli peşələrdən biri qəzet müxbiridir. Bunun əsas səbəbi müxbirlərin üzərinə düşən məsuliyyət və onların yüksək ictimai statusu ilə izah edilir.

Jurnalistlər cəmiyyətdə xüsusi statusa malikdir. Media sahəsi dəyişir və müasirləşir, jurnalistlər də bu çətin, məsuliyyətli, stressli dünyada qərəzsiz və etibarlı xəbərləri ictimaiyyətə çatdırmaq kimi yüksək missiyanı gəlirlərindən asılı olmayaraq yerinə yetirməyə davam edir.