Latın Amerikası ABŞ-Kuba münasibətlərini alqışlayır [Fotoqalereya]

ABŞ - Kuba münasibətləri bərpa olunur

Latın Amerikası ölkələrinin liderləri ABŞ-ın Kubaya qarşı iqtisadi embarqonun ləğvi qərarını alqışlayıb.

Venesuelalın sosialist hökuməti prezident Obamanın qərarını alqışlayaraq, onun əməlinin tarixi bir önəm daşıdığını bildirib.

Regional liderlər ABŞ və Kuba arasında məhbusların mübadiləsinin ideoloji müharibəyə son qoyacağına ümidlərini ifadə edib.

Braziliya və Argentina prezidentləri Dilma Russeff və Kristina Fernandez deyib ki, onların nəsli Kuba ilə Amerika arasında diplomatik münasibətlərin bərpasının şahidi olmayacağını düşünürdü.

1962-ci ildən Kubanın yeri boş qaldığı Amerika Dövlətləri Təşkilatının baş katibi Xose Migel İnsulza prezident Obamanın qərarının Vaşinqtonun Latın Amerikası arasında olan mühüm qıcıqlandırıcı amili aradan qaldırdığını bildirib.