ABŞ Çini bir daha hakerlikdə günahlandırıb

ABŞ Senatının müstəntiqləri bildirir ki, Çin hökumətinin hakerləri Pentaqonla birgə işləyən hava texnologiya və digər şirkətlərin kompyuter şəbəkələrinə dəfələrlə daxil olublar.

Senatın Silahlı Qüvvələr Komitəsinin hesabatında Çin hakerlərinin ABŞ ordusunun əsgərləri və təchizatların xaricə daşınmasında istifadə etdiyi mülki şirkətləri hədəf aldığı iddia edilir.

Çinin Xarici İşlər Nazirliyi hesabatı rədd edib. Nazirliyin sözçüsü iddiaları əsassız adlandırıb.

Pekin əvvəllər də hakerlərin ABŞ-ın şirkət və hökümət təsisatlarının hədəf almasına dair iddiaları rədd edib.

May ayında ABŞ Çin ordusunun 5 rəsmisini nüvə, metal və enerji şirkətlərinin ticari məlumatlarını oğurlamaqda ittiham edib.