Buna baxmayaraq, ölkədə yeni evlərin inşasında artım yoxdur
ABŞ-da açıqlanan yeni hesabat ölkədə ev qiymətlərinin artdığını təsdiq edir. Keçən ilin apreli ilə müqayisədə bu il Amerikanın 20 əsas şəhərində daşınmaz əmlakın qiyməti 12 faiz artıb. Sahə üzrə mütəxəssislər yeni evlərin inşasının az olması səbəbilə qiymətlərin daha da bahalaşacağını deməsinə baxmayaraq, digər ekspertlər borc götürmə standarlarının çətinliyi və borc faizlərinin artmasının bu prosesi yavaşlada biləcəyini deyir.
ABŞ-da ötən illə müqayisdə evlərin qiyməti 12 faiz artıb. Bu, dünyanın ən böyük iqtisadiyyatına malik olan Amerikaya müsbət təsir bağışlamaqla yanaşı, hökumətin xərclərinin və vergilərin azadldılmasına yardım edə bilər.
Lawrence Yun Milli realtor Assosisasiyasının baş iqtisadçısıdır: “Evlərin qiymətinin artması iqtisadiyyata müsbət təsir göstərir. Belə ki, insanlar özlərini daha zəngin hiss edir, daha artıq pul xərcləyir”.
Qiymətlərin artmasına ev inşaatının aşağı olması yardım edir. Cənab Yunun dediyinə görə, aşağı faizlərə baxmayaraq, yeni evlərin tikintisi artmayıb: “İnşaat kreditləri almaq çətinləşib. Böyük inşaatçılar indi Uoll Stritə üz tutub. Kiçik inşaatçılar isə marketdən xaricdə qalıb. Onlara bazara giriş qeyri-mümkün görünür".
Davamlı ev marketi qlobal iqtisadi sabitliyin əsasıdır. Belə ki, Amerika bazarlarındakı ciddi problemlər maliyyə böhranına yol açıb. Bu isə ardınca qlobal tənəzzülə gətirib çıxarır.
Biznes İqtisadiyyatı Assosiasiyasından Ken Simonsonun fikrincə, alıcılar indi daha fərqlidir. “İlk dəfə ev alanlar ğzlərini başqa çür aparır. Onlar Rahatlıqla satacaları ümidi ilə 10 il əvvəl ev alanlarına başına gələnlərin şahidi olub. Bu insanlar ya ilişib qalıb, ya da evlərindən çıxarılıb. Bu isə insanları ev alarkən daha ehtiyatlı davranmağa vadar edir,“ - deyə cənab Ken bildirir.
Bəzi iqtisadçılar evlərin qiymətinin artmasına borc vermə standartlarının çətinləşdirilməsi və faizlərin artmasının yol açdığını deyir. Milli İnşaat Assosiasiyası son 7 ildə ev qiymətlərinin 12 faiz artması ilə yeni inşaat layihələrinin işə başlayacağı və yeni iş yerlərinin açılacağından əminliyini bildirir.