Amerikanın dəniz səviyyəsindən ən aşağı nöqtəsi

Your browser doesn’t support HTML5

Ölüm Vadisində Amerikanın dəniz səviyyəsindən ən aşağı nöqtəsi yerləşir. Bu yer "Pis su" adlanır. Dəniz səviyyəsindən 86 metr aşağıda yerləşən bu ərazidə duz yataqları fərqli formadadır. Burada hamar ağ səthlər üzərində hündürlüyü 4-6 sm yüksəklikdə olan eyni formalı duz birləşmələri əmələ gəlir. Bu duz birləşmələri Ölüm Vadisinin səthinə hörümçək toru kimi yayılmışdır və bu da özlüyündə möhtəşəm mənzərə yaradır.