Mevlut Çavuşoğlu: ABŞ Ankaraya sanksiya tətbiq etsə, cavabını alacaq

Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib ki, əgər ABŞ onun ölkəsinə sanksiya tətbiq etsə, cavabını alacaq.

NATO üzvü olan Türkiyə Rusiyadan S-400 raketdən müdafiə sistemləri alır. Türkiyənin NATO-dakı müttəfiqləri bunu yolverilməz sayır.

ABŞ Ankaraya xəbərdarlıq edib ki, ən müasir F-35 təyyarələrini ona satmaqdan əl çəkə bilər.

Çavuşoğlu bildirib ki, təyyarələrin satışı baş tutmazsa, Ankara bunun qarşılığında cavab tədbiri görəcək.

Gələn həftə Çavuşoğlu rəsmi səfərlə Vaşinqtona yollanacaq.