Apple şirkəti yeni məhsullarını nümayiş etdirib

Apple texnologiya şirkəti dünən keçirdiyi tədbirdə ən böyük tablet kompyuterini təqdim edib. iPad Pro yeni ağıllı klaviaturaya və Apple qələmə sahibdir.

Apple deyir ki, yeni iPad Pro, iPad texnologiyasına yenilik gətirib.

iPad Pro noyabr ayında 799 dollara satışa çıxarılacaq.

Şirkət həmçinin iPhone telefonun 6S və 6S Plus modelini də açıqlayıb.