Dünya fotolarda

Daimler AG səhmdarlarının toplantısı ərəfəsində maşına əyləşən qadın 3D eynəklərinə toxunur. Berlin, Almaniya.

Hindistanlı tələbə Amritsardakı kollecdə döyüş idman növlərində məharətini nümayiş etdirir.

Xilasedici gödəkcələr geymiş uşaqlar Türkiyənin Dikli liman şəhərindən Yunanıstanın Lesbos adasına yollanmağa hazırlaşır.

Müqəddəs Piter Meydanında Papa Fransis görmə və eşitmə qabiliyyətinin itirilməsinə səbəb olan Uşer sindromundan əziyyət çəkən 5 yaşlı amerikalı qızla söhbətləşir. 

Los Ancelesdə yerləşən Universal Studios Hollywood-da "Harry Potterin Sehrbaz Dünyası" adlı attraksionun açılışında atəşfəşanlıq. 
 

Sürücülər Brüssel-Lüksemburq magistralında yol rüsumuna etiraz edirlər.
 

Yunanıstanın Lesbos adasında yerləşən Moria düşərgəsində nümayiş zamanı pakistanlı miqrant özünü elektrik dirəyindən asmaqla təhdid edir.

Banqladeşin Xirdasi kəndində qadın quyudan arseniklə çirklənmiş suyu çıxarır. Yeni hesabat 20 milyon banqladeşlinin hökumət qazdığı quyulardan zəhərləndiyini təxmin edir.

Çinli qadın Fucian vilayətində yerləşən fabrikin çay qurudulan sahəsində gəzir. 

Çikaqoda nohurda əks olunan yağış damlaları və ağaclar.

Lima, Peruda nümayişçilər prezidentliyə namizəd Keiko Fucimori və onun atası sabiq prezident Alberto Fucimorinin 1992-ci ildə həyata keçirdiyi çevrilişə etiraz edir.