Erməni kəşfiyyatçısnın apellyasiya şikayətinə baxılır

Arsen Baqdasaryan (Foto gencetv.az saytından ghötürülüb)

Gəncə Apelyasiya Məhkəməsində 2014-cü il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyat-təxribat qrupunun üzvü Arsen Baqdasaryanın şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Kepeztv.az saytının məlumatına görə, mayın 5-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Baqdasaryana oxunan hökm üzrə verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesinə hakim Teyyub Muxtorv sədrlik edir.

Azərbaycan Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham edilən Arsen Baqdasaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 15 il müddətində azadlıqdan məhrum edilib.

Arsen Baqdasaryan 1994-cü il aprelin 23-də Azərbaycanın Xankəndi şəhərində anadan olub.