AŞPA prezidenti hüquq müdafiəçiləri və media rəhbərləri ilə görüşüb.
İnsan hüquqları və media azadlığı məsələləri müzakirə edilib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt fevralın 29-da Azərbaycana səfəri çərçivəsində bir qrup hüquq müdafiəçisi və media rəhbəri ilə görüşüb.
Görüşdə ölkədə insan hüquqlarının və media azadlığının mövcud durumu ətrafında fikir mübadiləsi aparılıb.
P.Aqramunt AŞPA prezidenti kimi Bakıya ilk dəfə səfərə gəlib. P.Aqramunt bundan öncə AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub və Azərbaycanda dəfələrlə səfərdə olub.
***
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycana səfərə gəlib.
Martın 1-dək davam edəcək səfər çərçivəsində P.Aqramunt prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, həmçinin Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.
Eyni zamanda onun Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin bir sıra nümayəndələri və QHT nümayəndələri ilə görüşü nəzərdə tutulub.
Xatırladaq ki, bu, P.Aqramuntun AŞPA prezidenti kimi Bakıya ilk səfəridir. O, bu posta AŞPA-nın yanvardakı sessiyasında seçilib. Aqramunt AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub.