ATƏT cəbhədə monitorinq keçirəcək

Xəritə

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 17-də Göygöl rayonunun Ömər dağ keçidindəki qoşunların təmas xəttində monitorinq keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyininin mətbuat xidmətinin məlumatına görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçirəcək.