ATƏT-in media azadlığı üzrə nümayəndəsi jurnalistin təqibini pisləyib

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Harlem Dezir jurnalistin şəxsi həyatına müdaxiləyə və təhqir məzmunlu verilişin efirə buraxılmasına görə Real TV telekanalını pisləyib.

“Belə şeylər ciddi narahatlıq doğurur, bunlar təhlükəli və qeyri-etikdir. Bu, həmçinin jurnalistin şəxsi toxunulmazlıq hüququnu pozur” , Dezir Tvitterdəki akkauntunda yazıb.

Xatırladaq ki, söhbət sözügedən telekanalın rəhbəri Mirşahin Ağayevin müəllif proqramından gedir. O, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızını xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və dövlət maraqlarına xəyanətdə ittiham edib.

Ağayev Osmanqızının şəxsi yazışmasını efirə verərək, onu əxlaqsız davranışda ittiham edib.