Yunanıstan Suriyadan Avropaya mühacirət edənlərin qarşısı alıb

Yunanıstanın şimal sərhədində patrul xidməti çəkən polis dünən əksəriyyəti Suriya müharibəsindən qaçan bir neçə yüz mühacirlə toqquşub. Onların Makedoniyaya keçmələrinə icazə verilməyib.

Minlərlə digər mühacir hökumətin müvəqqəti sığınacaqlarda məskunlaşması əmrinə məhəl qoymayaraq İdomeni kəndi yaxınlığında çadır qurub.

Bu arada avropalılar Yaxın Şərq və Cənubi asiyalı mühacirlərin Avropaya axınının əleyhinə nümayişlər keçirir.

Etiraz edən mühacirlər ərazində dəmir yol reyslərinin qarşısını bir neçə gündür kəsərək sülh və əmin-amanlığa qovuşmaq məqsədi ilə Makedoniya və digər Balkan ölkələrinə keçməyə icazə verilməsini tələb edir.

Brüsseldə isə Avropa Birliyi bildirib ki, quruma üzv 28 ölkə Türkiyə ilə keçən həftə qaçqın statusuna kvalifikasiya olmayan mühacirlərin geri qaytarılması planı barədə razılıq əldə etdikdən sonra Türkiyədən qərb ölkələrinə mühacir axını kəskin azalıb.