Fərqli COVID təlimatları Avropanın turizm sektorunun yenidən açılmasını çətinləşdirir

Koronavirus səbəbindən həftələrlə bağlı qalan Avropanın turizm sektoru böyük gəlir itirdi. Bu ölkələr tədricən açılmağı planlaşdırdığı bir zaman potensial turistlər qitədə fərqli qanunlar və təhlükəsizlik qaydaları ilə qarşılaşır.

Təqaüdə yeni çıxan Jan Nak may ayında həyat yoldaşı ilə birlikdə Portuqaliyada çadır düşərgəsində dincəlməyi planlaşdırırdı. Lakin koronavirus səbəbindən hollandiyalı cütlük bunun əvəzinə Hollandiyada bir yay evi kirayələməyə qərar verdi.

"İndiyə qədər xəstəliyə yoluxmadığımız və həyat yoldaşım hələ də işlədiyi üçün heç bir risk etmədik və Hollandiyada qalmaq qərarına gəldik. Səyahət etdiyinizdə başqa bir insan üçün təhlükə yaradırsınız. Beləliklə, biz digər insanlara təhlükə yaratmaq istəmədik və özümüzü qorumaq istədik. "Bu il gedə bilmiriksə, gələn il gedərik", dedik", Can Nak bildirir.

Avropanın cənub və Aralıq dənizi ölkələri hər il Nak və onun həyat yoldaşı kimi milyonlarla turisti cəlb edir.

Ən məşhur turist məkanlarından biri Fransadır. Lakin bu ölkə mart ayının 17-də bütün kempinqləri bağlayıb və bahar mövsümündə populyar olan kempinq turizmi illik gəlirinin üçdə bir hissəsini təşkil edən gəlirlərini itirib.

Fransanın kempinq düşərgələri ittifaqının vitse-prezidenti Gi Kusters ölkənin cənub-qərbindəki məşhur Dordone bölgəsindəki bir düşərgə sahəsini idarə edir. Qala, mağara və tarixi yerləri olan bu bölgəyə hər il üç milyondan çox turist gəlir.

Britaniyalılar, almanlar və hollandlar Fransaya gələn turistlərin 40 faizini təşkil etsələr də, qalanları Fransa vətəndaşlarıdır. Koronavirus səbəbindən bir çox insan özünü təhlükəsiz hiss etmək üçün tətil üçün evə yaxın bir yerə üstünlük verib. Bir də hər bir ölkənin öz qaydaları olduğuna görə.

Fransa və İtaliya sərhədi tədircən açmağı planlaşdırsa da, lakin regional sərhəd keçidlərinin açılmasına icazə vermir. Almaniya vətəndaşlarını xarici səyahətlərdən çəkindirir, lakin Avstriya alman turistlərini cəlb edəcəyinə ümid edir.

İqtisadiyyatının 20 faizinin turizmdən asılı olan Yunanıstan yalnız COVID-19-a yoluxmadığını sübut edə biləcək sağlamlıq pasportuna sahib olan turistlərə ölkəyə daxil olmağa icazə verməyi planlaşdırır.