İslam Dövləti qrupuna yardım məqsədilə pul toplamaqda şübhəli bilinərək həbs edilən iki nəfədən biri 16 yaşlı avstraliyalı məktəbli qızdır.
Cənubi Uels ştatının polis idarəsinin rəis müavini Katrin Bornun dediyinə görə, məktəbli qız və 20 yaşlı oğlan bu gün səhər radələrində Sidney yaxınlığındakı Gildford şəhərində həbs edilib. Bu iki şəxsə terrorizmin maliyyələşdirilməsi ittihamı ilə 25 ilədək həbs cəzası veriləcəyi gözlənilir.
Federal Polis İdarəsi komissarının müavini Maykl Felan toplanan yardımın daxili terror hücumları ilə əlaqəsi olmadığını deyib.
Avstraliyada 2014-cü ildən bəri terrorizm xəbərdarlığı ən yüksək səviyyəsi qüvvədədir. Səlahiyyətli nümayəndələr ölkə böyu əks-terror reydləri keçirir. İndiyədək 14 nəfər nəzarət altına alınıb. Onlar terror aksiyaları planlaşdırmaqda, habelə İraq və Suriyada İslam Dövləti ilə ilə əlaqədə ittiham edilir.