Avstraliyada təyyarə qəzaya uğrayıb

Avstraliyanın Melburn şəhərinin rəsmiləri bildirir ki, çərşənbə axşamı kiçik bir təyyarənin havaya qalxandan bir az sonra qəzaya uğraması nəticəsində beş nəfərin öldüyü təxmin edilir.

Havaya qalxandan qısa müddət sonra təyyarənin mühərriyi xarab olub və daha sonra alış-veriş mərkəzinin binaya dəyib, avtoparkda böyük dəlik açıb. Qəza zamanı alış-veriş mərkəzinin iş saatları hələ başlamamışdı.

Təyyarə materiklə Tasmaniya adası arasındakı Bass körfəzində yerləşən Kinq adasına yola düşmüşdü.

ABŞ dövlət departamenti təyyarədə dörd ABŞ vətəndaşının olduğunu təsdiqləyib.

Viktoriya əyalətinin Daniel Endrüs bu qəzanı son 30 ildə əyalətdə baş verən ən pis mülki aviasiya qəzası adlandırıb.