Azad Avropa/AzadlıqRadiosu iyulun 26-da internetdə Xədicə İsmayılovanın qeyri-qanuni yolla əldə edilmiş intim videosunun nümayiş etdirilməsindən sonra Azərbaycan hökumətini jurnalistə qarşı şantaj və hədə-qorxu kampaniyası ilə bağlı təhqiqat aparmağa çağırıb.
AzadlıqRadiosunun məsələ ilə bağlı açıqladığı bəyanatda deyilir ki, internetdə video ilə yanaşı, onun dostu, müstəqil yazar və fəal Emin Millinin Xədicə İsmayılovanı gözdən salmaq məqsədi güdən saxta müsahibəsi də yerləşdirilib.
Bəyanatda bildirilir ki, 2012-ci ilin martında da Xədicə İsmayılova özünün xəbəri olmadan evində gizli kamera vasitəsilə çəkilmiş videosu internetdə yayımlanmışdı. Sənəddə Azərbaycan hökumətinin ictimaiyyət qarşısında təhqiqat aparılacağına dair söz verməsinə baxmayaraq, bunun hələ baş vermədiyi deyilir.
AzadlıqRadiosunun verdiyi bəyanatda Xədicə İsmayılovanın ona qarşı kampaniyanı “mənəvi terror” adlandırdığı və keçən həftə fiziki təhlükəsizliyi ilə bağlı ciddi hədələr aldığı haqda məlumat verdiyi qeyd edilir.
Sənəddə bildirilir ki, Azərbaycan prezidenti İlham Əliyev oktyabr ayında presedenti olmayaraq üçüncü dəfə seçilmək üçün seçkilərə qatılacaq və Xədicə İsmayılovanın reporatjları prezidentin ailəsinin milyonlarla dollar məbləğində maliyyə fəaliyyətləri ilə məşğul olduğunu göstərir.
“Azad Avropa/AzadlıqRadiosunun direktorunu səlahiyyətlərini icra edən Kevin Klose İsmayılovanın reportajları və qorxudulmamasına yüksək qiymət verdiyini və son şantaj kampaniyası ilə bağlı hiddətini ifadə edib. “Biz Azərbaycan hökumətinin Xədicəyə qarşı hücumları dürüst və hərtərəfli təhqiq etməsini və jurnalistləri risk qarşısında qoyan əməlləri qınamasını gözləyirik. Biz onların cəmiyyətin maraqları üçün olduqca vacib iş görən jurnalistlərə lazımi dəstək verilməsi və onların müdafiə olunmasına dair öhdəliklərinə əməl etməsini istəyirik”-deyə Kevin Klos bildirib.
Bəyanatda deyilir ki, Beynəlxalq Yayım Bürosunun rəsmilərinin bildirdiyinə görə, müxbirlərə hücumlardan əlavə “Azadlıq” radiosunun Azərbaycan xidmətinin Türkiyədən Azərbaycana yayım siqnalına aprelin 28-dən başlayaraq müdaxilə edilir. ABŞ Dövlət Departamentinin rəsmilrinin Azərbaycan hökumətindən siqnala müdaxilənin mənbəyinin təhqiq edilməsi ilə bağlı müraciəti indiyə qədər təmin edilməyib.
AzadlıqRadiosunun məsələ ilə bağlı açıqladığı bəyanatda deyilir ki, internetdə video ilə yanaşı, onun dostu, müstəqil yazar və fəal Emin Millinin Xədicə İsmayılovanı gözdən salmaq məqsədi güdən saxta müsahibəsi də yerləşdirilib.
AzadlıqRadiosunun verdiyi bəyanatda Xədicə İsmayılovanın ona qarşı kampaniyanı “mənəvi terror” adlandırdığı və keçən həftə fiziki təhlükəsizliyi ilə bağlı ciddi hədələr aldığı haqda məlumat verdiyi qeyd edilir.
Xədicə İsmayılovanın reporatjları prezidentin ailəsinin milyonlarla dollar məbləğində maliyyə fəaliyyətləri ilə məşğul olduğunu göstərib.