Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri görüşəcək

Azərbaycan, Türkiyə və İran xarici işlər nazirləri

Görüşdə regional məsələlər, o cümlədən Suriya, Fələstin problemi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikri mübadiləsi aparılacaq
Noyabrın 28-də Türkiyənin Ərzurum şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü olacaq.

Turan agentliyinin məlumatına görə, görüşdə regional məsələlər, o cümlədən Suriya, Fələstin problemi, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikri mübadiləsi aparılacaq.

Bu, Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin üçüncü görüşü olacaq. Nazirlərin üçtərəfli formatda ilk görüşü Urmiyada, ikinci görüş Naxçıvanda olub.