Azərbaycanda Amerika günləri başlayır

Azərbaycanda Amerika günləri

Məqsəd Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirməkdi

Amerika Səfirliyi mayın 14-21-də Azərbaycanda Amerika Günləri festivalı keçirəcək.

ABŞ-ın Bakıdakı səfirlyinin məlumatına görə, Amerika Günlərinin məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Festival çərçivəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub.

Məlumata görə Azərbaycan Dövlət Musiqili Teatrının 60-dan çox ifaçısı, rəqqas və musiqiçilərin iştirakı ilə birgə Broadway Bound yaradıcı qrupu tərəfindən Azərbaycan Dövlət Musiqili Teatrında 14-15 may tarixlərində iki böyük konsert keçiriləcək.