Sentyabrın 25-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 137 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 39 787 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 392 nəfər müalicə olunaraq sağalıb, 583 nəfər vəfat edib, aktiv xəstə sayı 1 812 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 705, bu günə qədər isə ümumilikdə 1 087 578 test icra olunub.
Sentyabrın 25-də COVİD-19 statistikası
Azərbaycan Təhsil Nazirliyi isə bildirilib ki, sentyabrın 24-də 86 şagird və 3 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 13 şagird və 7 işçidə koronavirus aşkarlanıb.
Nazirlik bildirir ki, daha 2 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilən siniflərin sayı 11-ə çatıb.
İndiyədək ölkə üzrə bir məktəbdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
Ölkədə tədris ili sentyabrın 15-dən başlayıb.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Ölkədə karantin rejimi tətbiq edilib və karantin rejimi sentyabrın 30-dək davam edəcək.
Sentyabrın 8-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla) və bununla da ölkə ərazisində hərəkət tam bərpa edilib.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-dən saat 00:00-a qədər ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsinə icazə verilib.
Sentyabrın 14-də Bakıda metronunn hərəkəti bərpa edilib. Karantin dövründə şənbə və bazar günləri ictimai nəqliyyat işləmir.