Azərbaycanda internetə tətbiq olunan məhdudiyyət aradan qalxır

Azərbaycanda internetə tətbiq olunan məhdudiyyət noyabrın 12-dən aradan qaldırılacaq.

Bu barədə barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

"Ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə, Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edirik", - nazirlikdən bildirilib.

Nazirlik qeyd edib ki, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilərdə internetin verilişinin məhdudlaşdırılacaq.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

Ölkədə internetin verilməsi məhdudlaşandan sonra bəzi media orqanlarının işində əngəl yaranmışdı. İnternet istifadəçiləri sosial şəbəkələrə daxi olmaq üçün vpn-dən istifadə edirdi. Nazirlik isə vpn-dən istifadəni tövsiyə etmirdi.