Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb

Prezident İlham Əliyev əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılması barədə fərman imzalayıb.

2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun fəaliyyət müddəti 2020-ci il dekabrın 31-dək olan dövrü əhatə edir.