Banqladeşdə torpaq sürüşməsi baş verib

43 nəfər həyatını itirib

Rəsmilərin bildirdiyinə görə, xilasedicilər cənub-şərqi dağlıq ərazilərə doğru əməliyyatlarını genişləndirdikcə ölənlərin sayının arta biləcəyini qeyd ediblər.

Bazar ertəsi yağan şiddətli yağışdan sonra evlər palçıq altında qalıb. Hindistanla sərhəd Ranqamati ərazisi şürüşmənin ən çox zərər vurduğu ərazidir.

Xatırladaq ki, keçən ay baş vermiş güclü qasırğa Banqladeşin cənub-şərq bölgələrində yüzlərlə evi dağıdıb, 7 nəfərin həyatına son qoyub.