ABŞ-ın Liviyadakı hərbi fəaliyyəti BMT qətnaməsi çərçivəsində humanitar mahiyyət daşıyır
Prezidet Barak Obama deyib ki, ABŞ-ın siyasətinə görə Müəmmar Qəzzafi istefa verməlidir. Amma bu, ABŞ hərbi əməliyyatlarının məqsədi deyil.
Cənab Obama dünən Santyaqoda etdiyi çıxışında ABŞ-ın cənab Qəzzafini hakimiyyətdən uzaqlaşdırmaq üçün, əmlak dondurulması və silah embarqosu tətbiq etmə də daxil olmaqla bir çox imkanlara malik olduğunu bildirib.
Prezident ABŞ-ın Liviyadakı hərbi fəaliyyətinin BMT qətnaməsi çərçivəsində qeyri-uçuş zonası daxil olmaqla humanitar mahiyyət daşıdığını söyləyib.