Avropa İttifaqı onlayn Tut.by xəbər saytını blokladığına görə Belarus hökumətini tənqid edib

Avropa İttifaqı Belarusu ölkənin ən böyük müstəqil onlayn xəbər saytı Tut.by-ın bağlanmasına görə tənqid edib. Sayt Aleksandr Lukaşenkonun avtoritar hökumətinə qarşı nümayişlər zamanı bir etirazçının ölümü barədə yazdığı xəbərə görə 6 ay həbsxanada saxlanan jurnalistin azad edilməsindən sonra bağlanıb.

Mayın 19-da bağlanmasından bir gün əvvəl Avropa İttifaqının sözçüsü açıqlamasında məşhur xəbər saytının bloklanmasını müstəqil mediaya qarşı "davamlı repressiya və hədə-qorxu aktı" adlandırıb.

Belarus rəsmiləri Tut.by-nin Minskdəki və digər bölgələrdəki ofislərinə, urnalistlərin və işçilərinin evlərinə basqın edib, saytın baş redaktoru Marina Zolatavanın mənzilinın qapısını sındırıb. Minskdə yerləşən Vyasna (Bahar) insan haqları qrupu mayın 19-da xəbər saytında işləyən 12 qadın və 2 kişinin nəzarət altına alındığını bildirib.

"Jurnalistlərin təqibi dayandırılmalı və bütün siyasi məhbuslar da daxil olmaqla, həbs edilənlərin hamısı dərhal sərbəst buraxılmalıdır"- deyə, Avropa İttifaqının sözçüsü Piter Stano bildirib.

Avropa İttifaqı belə bir bəyanatla avqustun 9-u prezident seçkilərində Lukaşenkonun qələbəsinə etiraz edən Roman Bandarenkonun ölümü ilə əlaqədar yazdığı məqalələrə görə həbs edilən Katyarina

Boriseviçin cəzasını çəkdikdən sonra mayın 19-da Homel şəhərindəki cəzaçəkmə müəssisəsindən azad edilməsindən bir neçə saat sonra çıxış edib. Məqaləyə Bandarenkonun ölən zaman sərxoş olduğu barədə rəsmi ifadələrə zidd olan tibbi məlumatlar daxil edilib.