Barselona ardıcıl ikinci dəfə İspaniya çempionu oldu [Video]

Kataloniya təmsilçisi son turda Granada üzərində 3 cavabsız qolla qalib ayrılaraq növbəti çempionluğunu rəsmiləşdirib.

Futbol üzrə İspaniya La Liqasının lideri "Barselona" klubu səfərdə "Qranada"nın qonağı olub.

Kataloniya təmsilçisi bu görüşdən 3 cavabsız qolla qalib ayrılaraq növbəti çempionluğunu rəsmiləşdirib.

Oyunda hər 3 qolu İspaniya çempionatını bombardir kimi başa vuran uruqvaylı Luiz Suarez vurub.

"Barcelona"nın heyətində kuboka yiyələnənlər arasında türk futbolçu Arda Turan da var. Çempionatıın yarısında Kataloniya klubunda oynamaq hüququ qazanan Arda son oyunlarda yalnız ikinci hissədə meydana çıxıb. Turun sonuncu oyununda da artda oyunun 70-cu dəqiqəsində meydana çıxıb.

"Barsa"dan bir xal geri qalan Madrid "Real"ı bu tur səfərdə "Deportivo" ilə görüşüb. Madrid klubu çempion olmaq üçün səfərdə qələbə qazanmaqla yanaşı, katalonların xal itirməsinə ümid edirdi.

"Real" 2:0 hesablı qələbə qazansa da, istəyinə nail ola bilməyib.