Beynəlxalq festivallarda iştirak edən musiqi qrupumuz

Your browser doesn’t support HTML5

“İnci qızlar” qrupu konservatoriyada təhsil aldıqları dövrdə yaranıb. Müəllimələri Təranə Əliyevanın təklifi ilə qızlardan ibarət kanonda ifadə edən qrup ərsəyə gəlir. Qrup müxtəlif festivallara dəvət alıb. Qrupun üzvlərindən biri Sədaqət Həsənova qrupun iştirak etdiyi festivallardan söz açıb. Qrupun başqa bir üzvü Samirə Əliyeva bildirib ki, onların ən böyük səfəri 2006-cı ildə Mərakeşdə keçirilən sufi festivalı olub. Daha sonra onlar 2019-cu ildə Hindistanda festivalda iştirak ediblər. Sədaqət Həsənova Hindistan festivalında iştirak edərkən ən yaddaqalan və maraqlı hekayəsini də Amerikanın Səsi ilə bölüşüb. Hindistana səfərləri uzun keçib. Onların gözləntisi uzun bir yoldan sonra lüks oteldə dincəlmək olarkən, çatdıqları yerdə yüzlərlə çadırların qurulduğunu görüblər.