Rusiyada Milli Birlik Günü qeyd olunur

Noyabrın 4-də Rusiyada Milli Birlik Günü qeyd olunur, iş günü deyil. Bu gün etnik və dini qruplar arasında tolerantlığa çağırır.

Əvvəlki illərdə millətçi və monarxist qruplar həmin gün nümayişlər keçiriblər.

Rusiya İctimai Rəy Araşdırma Mərkəzinin oktyabrın 31-də açıqladığı sorğuya görə, hər 3 rusiyalıdan biri (37%) xalq arasında birliyin olmasına inanır. Respondentlərin yarıdan çoxu isə (54%) əks mövqedə olduğunu açıqlayıb. Məlumatı TASS xəbər agentliyi yayıb.

Prezident Vladimir Putin bu bayramı 2005-ci ildə, Rusiyanın Polşa qüvvələri üzərində 1612-ci il qələbəsinin şərəfinə təsis edib.

Sovet vaxtı isə noyabrın 7-də 1917-ci il Bolşevik İnqilabının ildönümü qeyd olunurdu.

Putin bu bayramdan vətənpərvərliyi təbliğ etmək, cəmiyyəti möhkəmləndirmək, Kremlin ölkəyə nəzarətini gücləndirmək üçün istifadə edir.

Ancaq son illər hökumətə qarşı yürüşlər də təşkil olunub, etirazçılarla polis toqquşub.