Bloq: Qar tufanının məsuliyyəti

Çovğun bitdi, son 3-4 gündə nələr baş verdi?

Vaşinqton şəhərində son 150 ilin ən ağır qar çovğununu geridə qoymaqda olduğumuz vaxt kiçik bir Amerika müşahidəsini sizinlə bölüşmək istəyirəm. Qeyri-adi bir şey danışmayacağam, sadəcə son bir neçə gündə gördüklərimi xülasə etməyə çalışacağam.

Əvvəlcə başlayaq sadə insanlardan: Buranın insanları bir balaca tez panikaya düşəndirlər - hələlik, panika adlandıraq. Artıq həftənin əvvəlində çovğunla bağlı xəbərdarlıq ediləndə hamı təşvişə düşmüşdü. Hər kəs xəbər saytlarından vaxtaşırı son yenilikləri alır, çovğunla bağlı məlumatları bir-biri ilə bölüşür, eyni zamanda dükanlara axışaraq azuqə toplamağa çalışırdı.

Mənzərəni aydın təsvir etmək üçün deyim ki, qar cümə günü axşam başlayacağı halda çərşənbə günü bir neçə dükana getsəm də su ala bilmədim, daha doğrusu tapa bilmədim, alınıb qurtarmışdı. Düzdü, sizə göründüyü kimi mənə də gülməli görünürdü, amma bir balaca düşünəndə, dərk etmək olur ki, bu, panikadan çox məsuliyyətdir, hərənin öz üzərinə düşən işi məsuliyyətlə görməsidir, necə ki hökumət bunu edirdi.

Əvvəlcə qarın axşam saat 6-da başlayacağı bildirilsə də, hökumətin, eləcə də demək olar ki, bütün özəl sektorun hər ehtimala qarşı 6 saat əvvəl, gündüz 12-də bağlanacağı bildirilmişdi. Yanılmadılar. Qar günorta saat 1-də başladı və artıq 6-dək hərəkət qabiliyyəti tam məhdudlaşmışdı. Hətta ictimai nəqliyyatın fəaliyyəti dondurulmuşdu, avtobus və metronun bir də bazar ertəsi günü bərpa ediləcəyi rəsmən elan olunmuşdu. Axı, orada çalışanlar da insandır, onların da həyatı təhlükədə ola bilər.

Qasırğadan bir həftə əvvəldən çovğun nəticəsində elektrik naqillərinin qırıla biləcəyi, yüz minlərlə insanın elektrik enerjisiz qala biləcəyi və hər kəsin buna hazırlıqlı olması xahiş və tələb olunmuşdu. Boran gəldi - gözləniləndən də 6 saat tez başladı və gözləniləndən də ağır keçdi. Ancaq öz təcrübəmdən deyim ki, nəinki bir dəqiqəlik, heç bir saniyəlik də olsun nə işıq, nə qaz, nə də su kəsilmədi. Niyə? Çünki hamı öz işini məsuliyyətlə görürdü, vaxtında xəbərdarlıq olunmuşdu, hər bir sahə üzrə müvafiq tədbirlər görülmüşdü və hətta kəsinti olsaydı belə biz öz üzərimizə düşəni etmişdik, su da toplamışdıq, hazır yeməklər də azuqə etmişdik, əlavə qaz da almışdıq - işıqsız, susuz bir həftə qala bilərdik. Şükür ki, qalmadıq, amma heç nə də itirmədik.

İndi qarşıdakı günlərdə başlıca məsuliyyət kanalizasiya sisteminin üzərinə düşür, əriyəcək bu qədər qarın suyu harasa axmalıdır, ya yox? Yəqin ki, əvvəllər olduğu kimi yenə də qaydasında əriyib gedəcək, amma əriyib getməyən bir şey olacaq: Məsuliyyət!

İndi qar dünəndən dayanıb - 70 santimetr hündürlüklə kifayətlənib. Amma hələ sabah da hökumət bağlı elan olunub. Bütün federal idarələr Vaşinqtonda yerləşdiyindən bu, sabah Vaşinqtonun böyük əksəriyyətinin evi tərk etməyəcəyi deməkdir. Niyə? Yollar təmiz deyil? Böyük əksəriyyəti təmizdir. İnsanlar işə gedə bilməz? Əminəm ki, tələb olunsa, gedə bilər. Bəs niyə? Yenə məsuliyyət! Çünki bu dəfə də idarələr məsuliyyəti öz üzərinə götürüb. Səhər adi gündə hamı işə gedən zaman tıxac kifayət qədər yorucu olur, bir də təsəvvür edin ki, həmin insanların hamısı eyni yolu, təmizlənsə də hələ buzlu və sürüşkən olan yollarla getməlidir. Tıxacın neçə saatlarla davam edə biləcəyini düşünün. Bu anda işə getməmək özü də bir məsuliyyətdir. Çünki bu günün sabahı da var.

Big Snowstorm