BMT əsgərlərlə bağlı iddiaları araşdıracağına söz verib

BMT-nin İnsan Haqqları Kommissarlığı Mərkəzi Afrika Respublikasında BMT və Fransa əsgərlərinin qadın və qızları cinsi istismar etdikləri barədə iddiaları araşdıracağına söz verib.

Qızlardan üçü BMT-nin insan haqqları rəsmisinə bildirib ki, Fransa ordu komandiri onlarla birlikdə digər bir qızı hərbi bazada itlə cinsi münasibətə girməyə məcbur edib.

ABŞ-ın BMT-dəki səfiri Samanta Pouer qurbanlardan bəzilərinin ailələrini ziyarət edib. O bildirib ki, əsgərlər ərazidən uzaqlaşdırılıb. Pouer əsgərlərin mənsub olduqları ölkələrin liderlərini lazımi tədbirləri görməyə çağırıb.

İttihamlara münasibət bildirən BMT-nin baş katibi Ban Ki-mun deyib ki, o hadisədən dəhşətə gəlib.

Fransa rəsmiləri bildirib ki, ittihamlar təsdiqlənərsə cinayət işi ilə yanaşı nizam-intizam ölçüləri də götürüləcək.