Metyü Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatı ilə bağlı dinləmələrin günü müəyyən edildi

Metyü Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatı ilə bağlı dinləmələrin günü müəyyən edildi

Nyu Hempşir ştatından demokrat senator Cin Şahen dinləmələrdə sədrlik edəcək

İyulun 22-də Birləşmiş Ştatlar Senatının Xarici Əlaqələr komitəsində Metyü Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatı ilə bağlı dinləmələr keçiriləcək. Dinləmələrdə Nyu Hempşir ştatından demokrat senator Cin Şahen sədrlik edəcək.

ABŞ prezidenti Barak Obama cənab Brayzanı Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə may ayının 25-də nominasiya etmişdir.

Metyu Brayza ABŞ Dövlət Departamentinin diplomatıdır. O bu yaxınlaradək Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı vəzifəsində çalışıb. Bundan önvə cənab Brayza Ağ Evdı Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya şöbəsinin direktoru olub. O həmçinin ABŞ prezidenti və Dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşaviri vəzifəsini tutmuşdur. Cənab Brayza diplomatik karyerası ərzində Rusiyada və Polşada işləyib. O, Satanford universitetində bakalavr, Tafts universitetində isə magistr elmi dərəcəsi almışdır.

Senatının Xarici Əlaqələr komitəsinin sədri Massaşusets ştatından demokrat senator, ABŞ prezidentliyinə namizəd olmuş senator Con Kerridir.

Respublikaçı senator Riçard Luqar Senatının Xarici Əlaqələr komitəsinin həmsədridir.