Russefin impiçmenti ətrafında çaşqınlıq yaranıb

Braziliyanın nümayəndələr palatasının fəaliyyətdə olan spikeri prezident Dilma Russefin impiçmentinin ləğv edilməsi barədə qərarını geri götürüb. Qərarın belə tez zamanda geri götürülməsinin səbəbi göstərilməyib.

Spiker Valdir Maranhaonun bazar ertəsi verdiyi qərarı rəsmi olaraq geri götürməsindən sonra Russefin işi bağlı proses davam etdirilə bilər.

Əgər Senat Roussefi məhkəmə qaşısına çıxarsa, onun prezidentliyi dayandırıla və bir zamanlar müttəfiq, indi isə siyasi rəqib olan vitse prezident Maykl Temer onun yerinə keçə bilər.

Russef 2014-cü ildə seçki kampaniyası zamanı ölkənin maliyyə vəziyyətinin gizlədilməsi üçün dövlət vəsaitini mannupuliasiya etməkdə ittiham olunur. O deyir ki, barəsində korrupsiya ilə bağlı təhqiqat aparılan Temer də daxil olmaqla onun rəqibləri hakimiyyəti devirmək istəyir.

Russefin impiçment prosesi spikerin qərarını geri çəkməsindən sonra çaşqınlığa səbəb olub. Spiker Maranhao bildirib ki, keçən ay işin Senata göndərilməsi üçün keçirilən səsvermə etibarsız olub. O deyib ki, Roussefin özünü müdafiə etmək üçün imkanı olmadığına görə impiçmentlə bağlı səsvermə qeyri-legitimdir.

Lakin Senatın lideri Renan Kalheros səsvermənin nəzərdə tutulduğu kimi çərşənbə günü keçiriləcəyini deyib.