Britaniya Rusiya və Səudiyyə Ərəbistanı fərdlərinə ilk Maqnitski sanksiyaları tətbiq edib

Your browser doesn’t support HTML5

Britaniya Çində insan haqlarına riayət etməyənlərə qarşı sanksiyaların tətbiqinə dair artan təzyiqlər altındadır. Belə bir ölçü Rusiya və Səudiyyə Ərəbistanının onlarla fərdinə qarşı irəli sürülüb. Maqnitski sanksiyaları adlandırılan bu ölçü 2009-cu ildə öldürülən rus vəkil Sergey Maqnitskinin dostları və ailəsi tərəfindən bir il davam edən təbliğat işlərindən sonra bazar ertəsi günü elan edilib.