Britaniyanın ifrat sağçı qrupunun iki lideri nəzarət altına alınıb

Britaniyanın ifrat sağçı qrupunun iki lideri ABŞ prezidentinin tvitlərini paylaşdıqlarına görə nifrət yaymaq ittihamı ilə nəzarət altına alınıb.

“Əvvəlcə Britaniya” partiyasının lideri Pol Qoldinq və onun müvini Ceyda Fransen Fransenlə bağlı məhkəmə dinləmələrindən sonra Belfastdə həbs edilib.

Fransen avqust ayında Belfastdə təşkil edilən "Şimali İrlandiya terrormə qarşı" adlı yürüşdə nifrət zəmində nitq söyləyib.

Qoldinq də eyni yürüşlə bağlı müsəlmanlara qarşı zorakılıq cağırışına görə həbs edilib.

ABŞ prezidenti 3 anti-müsəlman motivli videonu Twitter səhifəsindəki şəxsi @realdonaldtrump hesabında paylaşıb.

Bu postu ilk olaraq Britaniyanın ifrat sağçı “Əvvəlcə Britaniya” partiyası sədrinin müavini Ceyda Fransen paylaşıb. Onun Twitter-də 52 mindən çox davamçısı var.

Videoların üzərində bu sözlər yazılıb: “Islamçı qanqster yeniyetmə oğlanı ölənədək döyür”, “Müsəlmanlar Məryəm ananın heykəlini dağıdır” və "Müsəlman miqrant qoltuq ağacında olan holland oğlanı döyür”

Fransen ABŞ prezidentinə videoları paylaşdığına görə təşəkkürünü bildirib.

44 milyon izləyicisi olan Tramp videoların izlənmə sayını kəskin şəkildə artırıb. “Tramp, Allah sizi qorusun! Allah Amerikanı qorusun,” deyə Fransen yazıb.

Amerika-İslam Əlaqələri Şurası Trampın əməlini Amerika müsəlmanlarına qarşı zorakılıqların təbliği kimi qiymətləndirib.