Bu gün Ümumdünya Ərzaq günüdür

  • Amerikanın səsi

Bu gün Ümumdünya Ərzaq günüdür

Bu gün Ümumdünya Ərzaq günüdür. BMT-nin Ərzaq proqramı əsasən inkişaf etməkdə olan ölkələrdə olmaqla, dünyada ərzaq ehtiyatlarına dair narahatlığını bildirib. Qurumun hesabatında deyilir ki, ərzaq qiymətləri artıb və artmaqda davam edəcək. Qiymətlərin artması siyasi sabitliyə hədə olmaqla yanaşı, insanların həyatını ağırlaşdırıb. İnkişaf etmək olan ölkələrdə ailələrin ümumi gəlirinin 80 faizi ərzağa sərf edilir. BMT-nin Ərzaq proqramı və kənd təsərrüfatı təşkilatı baş qərargahının yerləşdiyi İtaliyanın Roma şəhərində sabah tədbir keçirəcək.