11 sentyabr hücumlarından sonra Əl-Qaidə terrorçuları üçün təlim ərazilərinin məhvi üçün 2001-ci ildə ABŞ əsgərlərini Əfqanıstana göndərən sabiq ABŞ Prezidenti Corc Buş oğul indi Taliban qiyamçılarının ölkədə getdikcə daha çox əraziyə nəzarət etməsinə imkan verəcək ABŞ əsgərlərinin çıxarılmasının səhv olduğunu düşünür.
Buş 2009-cu ildə vəzifəsindən ayrıldıqdan sonra ABŞ-ın sonrakı üç prezidentinin - Barak Obama, Donald Tramp və indi Co Baydenin hərəkətlərini nadir hallarda şərh edib.
Ancaq Baydenin Amerika qüvvələrini Əfqanıstandan sürətlə çıxarması və hamısının avqustun sonuna qədər evlərinə qayıdacaqlarını deməsinə münasibət bildirən Buş bildirib ki, 20 il əvvəldən başlayaraq Amerika qüvvələri onları sıxışdırdıqdan sonra yenidən hakimiyyəti ələ alsalar, Talibanın ABŞ və NATO qüvvələrini dəstəkləyən qadınlar, uşaqlar və digərləri ilə ilə necə davranacaqlarından narahatdır.
Çərşənbə günü yayımlanan müsahibədə ABŞ-ın şimal-şərqindəki yaz mülkündə olan Buş Almaniyanın dövlət yayım şirkəti Deutsche Welle-yə bunları deyib: "Qorxuram əfqan qadınlar və qızlar şərhedilməz zərər görəcəklər"
"Bəli, çünki nəticələrinin inanılmaz dərəcədə pis olacağını düşünürəm və kədərlənirəm" - deyə, Buş Baydenin Əfqanıstandan qoşunları çıxartmasının səhv olub olmadığını şərh edib.
Taliban ölkənin 85% -ni nəzarətdə saxladığını iddia edir, ABŞ isə bunu təkzib edir. Bütün bunlara baxmayaraq, Pentaqon rəsmiləri militant qrupun əraziləri sürətlə ələ keçirməsindən və paytaxt Kabilə doğru irəliləməsindən narahat olduqlarını dilə gətirib. Onsuz da əfqanların çoxunun Taliban tərəfindən nəzarət edilən ərazidə yaşadığı iddia olunur.
Buş Taliban tərəfindən terrora məruz qalan əfqan qadınların yenidən Taliban hakimiyyəti altında yaşamaq perspektivindən "qorxduqlarını" deyib. O, son 20 ildə ABŞ və NATO qoşunları üçün tərcüməçi kimi fəaliyyət göstərən minlərlə əfqanın taleyindən də narahat olduğunu ifadə edib.
“Mən yalnız ABŞ qoşunlarına deyil, NATO qoşunlarına kömək edən bütün tərcüməçilər və insanlar haqqında düşünürəm, onlar bu qəddar insanlar tərəfindən öldürülmək üçün geridə buraxılıqlar və bu, mənim ürəyimi ağrıdır” - deyə, Buş qeyd edib.
Bayden tərcüməçilərə və ailələrinə ABŞ-a köçmək üçün viza verəcəyini deyib və vizalarının işlənməsinin “kəskin dərəcədə sürətləndirildiyini” bildirsə də, işlərin başa çatdırılmasına hələ çox qalır.