Kaliforniyada avtomobil qəzası 10 nəfərin ölümünə səbəb olub

Kaliforniya ştatı rəsmilərinin bildirdiyinə görə, bu gün FedEx maşını ilə məktəbliləri daşıyan avtobusun toqquşması nəticəsində 10 nəfər ölüb, 30 nəfər yaralanıb.

Rəsmilər hadisənin San-Fransiskodan 250 km şimal bölgədə, Orland şəhəri yaxınlığında baş verdiyini və qəza zamanı hər iki maşının yandığını bildirib. Qəza zamanı üçüncü maşının da xəsarət aldığı deyilir.

Avtobusda 7 nəfərin, eləcə də hər iki maşının sürücülərinin hadisə yerində öldükləri bildirilir.