Kanadada meşə yanğınlarının tüstüsü yayıldığı üçün 100 milyondan çox amerikalı risk altındadır

Çikaqo. İllinoys. 28 iyun, 2023.

Amerikalıların təqribən üçdə biri cümə axşamı pis hava keyfiyyəti ilə üzləşir. Belə ki, Kanadada uzun müddətdir davam edən meşə yanğınları Orta Qərb və Şərq ştatlarında səmanı tüstü ilə bürüyüb və qeyri-sağlam, bəzi yerlərdə isə təhlükəli şərait yaradıb.

Birləşmiş Ştatların Viskonsin və İlliyonsun şimalından tutmuş Miçiqana kimi və Nyu York və Şərq Sahil daxil olduğu böyük bir hissəsində cümə axşamı gecə yarısında qədər hava keyfiyyəti ilə bağlı xəbərdarlıq qüvvədə qalır. Bu barədə Milli Metereologiya Xidməti məlumat verib.

100 milyondan çox amerikalı açıq havada uzun müddətli fəaliyyətlərini məhdudlaşdırmağa və ağciyər və ya tənəffüs xəstəliklərindən əziyyət çəkirlərsə, lazım olsa, maska taxmağa çağırılıb. Uşaqlar və yaxşlıların ağır fəaliyyətləri minimuma endirmələri və ya onlardan tamamilə çəkinmələri tövsiyyə olunub.

ABŞ-ın Nyu York, Çikaqo və Filadelfiya kimi böyük şəhərlərdində yaşayan insan gün boyu tüstülü hava şəraiti və yanan ağac qoxusuna şahid ola bilərlər.

“Cümə axşamı ehtiyat tədbirləri görün. Tənəffüs yolu xəstəlikləri, o cümlədən asma kimi sağlamlıq problemləriniz varsa, açıq hava keçirdiyiniz vaxtı azaldın,” Nyu York şəhərinin meri Erik Adams Twitter-də yazıb.

Cümə axşamı səhər saatlarında Çikaqo üzərindəki səma artıq üçüncü gün tüstülü olub. Birləşmiş Ştatların üçüncü ən böyük şəhərində havanın keyfiyyəti “qeyri-sağlam” olub.

“Çikaqoda havanın keyfiyyəti dəhşətlidir, məndə amansız miqrenə səbəb olur. Bu gün hava təmizləyicim tam gücdə çalışdığı üçün bu gün özümü daha yaxşı hiss edirəm,” Skaar adlı bir Twitter istifadəçisi yazıb.

Hava keyfiyyəti ilə bağlı xəbərdarlıqlara Kanadada meşə yanğınlarından çıxan tüstünün yayılması səbəb olub.

Artıq 9 milyon hektar ərazi yanıb. Çərşənbə günü Sakit Okeandan Atlantik okeana qədər uzanan ərazidə 477 aktiv yanğın olub, onlardan yarısının nəzarətə alınmadəğı deyilir.

Orta Qərb və Şərq ştatlarında hava keyfiyyəti narahatlıqlara səbəb olduğu bir vaxtda, ölkənin cənub hissəsi yeni amansız istilik dalğası ilə üzləşir ki, bu istilik dalğasının cümə axşamı daxil olmaqla həftə sonuna qədər davam edəcəyi gözlənilir.

Rütubət və temperaturun birləşdiyində havanın nə qədər isti hiss edildiyini ölçən istilik indeksinin 38 dərəcəyə, bəzi yerlərdə isə 46 dərəcəyədək çıxacağı proqnozlaşdırılır. Hava xidməti insanları kondisionerlərin çalışdığı yerlərdə qalmağa və çox su içməyə çağırıb.