Atəşkəs elan olunub

Azərbaycan Müdafiə

Aprelin 5-də saat 12.00-dən etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yazıb.

Məlumatda deyilir ki, Azərbaycan Silahlı Qüvvələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirir.

Öz növbəsində, Ermənistan mediası da rəsmi mənbələrə istinadən cəbhədə sakitlik hökm sürdüyünü yazıb.