Cənubi Koreyada iki Koreya liderinin zirvə görüşünə etiraz nümayişi keçirilib

Koreyada hər kəs Şimali və Cənubi Koreya dövlətləri arasında baş tutan tarixi zirvə toplantısından razı deyil.

Danışıqların getdiyi bir vaxtda cümə günü Cənubi Koreyanın Paju şəhərində Şimali Koreya əleyhinə etiraz aksiyaları keçirilib.

Aksiyalar zamanı keçmiş Şimali Koreya liderlərinin fotoşəkilləri yandırılıb. Nüməyişçilər qorxur ki, Cənubi Koreya Kim Conq Un-la aparılan danışıqları uduza və ölkə bütünlüklə kommunizm sistemi altında birləşməyə məruz qala bilər.

Cümə günü Cənubi Koreya prezidenti Mun Cae və Şimali Koreya lideri Kim Conq Un arasında görüş rəqiblər arasında 1950-1953-ci illərdə Koreya müharibəsindən sonra keçirilən üçüncü zirvə görüşüdür.