Minsk qrupunun amerikalı həmsədri Azərbaycandadır

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik

O, prezident Əliyev və digər rəsmi şəxslərlə görüşlər keçirir
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana qısamüddətli səfəri başlayıb. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Həmsədr prezident İlham Ə\liyev və digər rəsmi şəxslərlə görüşəcək.
Bu C.Uorlikin həmsədr kimi Azərbaycana ikinci səfəridir. O, sentyabrda da Azərbaycanda səfərdə olub.

Yerli medianın yazdığına görə, bu il noyabrın əvvəllərində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkili məqsədilə bölgəyə səfəri planlaşdırılır.