Amerikalı həmsədr Amerikanın azərbaycanlı və erməni icması ilə görüşəcək

Ceyms Uorlik

“Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dürüst müzakirələrə ehtiyacımız var”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Hyuston şəhərində Amerikanın azərbaycanlı və erməni icmasının nümayəndələri ilə görüşündən öncə Twitter səhifəsində yazıb.

O görüşün dəqiq tarixini yazmayıb. Cənab Uorlik bu gün görüş üçün Hyustona yola düşdüyünü bildirib.