Çin ABŞ müdafiə naziri Robert Geytsin fikirləri ilə razılaşır

Çin ABŞ müdafiə naziri Robert Geytsin fikirləri ilə razılaşır

Çin müdafiə naziri bildirib ki, o, ABŞ-la hərbi əlaqələrin möhkəmləndirilməsi barədə ABŞ müdafiə naziri Robert Geytsin fikirləri ilə razılaşır. Lakin o, gələcəkdə problemlərin yaranmayacağına təminat verməyib. Hər iki tərəf razılaşır ki, iki ölkənin hərbi qüvvələri arasında müntəzəm təmaslar gələcəlk anlaşılmazlıqların qarşısını almaqda yardımçı olacaq, deyə cənab Lunaq Quanqliye bildirib.

Robert Geyts hərbi kontaktların bərpa edilməsi məqsədilə Pekində səfərdədir. O deyib ki, müdafiə naziri Quanqliye ilə hərbi təmasların möhkəmləndirilməsi fikri ilə bağlı razılıq əldə edib. Cənab Geyts hələ ötən il Çinə dəvət olunmuşdu, lakin yanvarda Tayvana 6 milyard dollar həcmində silah satışının ardınca hərbi qüvvələr arsında əlaqələr kəsildi.

Bazar ertəsi keçirilən danışıqlarda Geyts və Lianq hələ bir il bundan öncə əldə edilmiş razılıqlara əsasən hərbi mübadilələri icra etməyə razılıq veriblər. Bu mübadilələr sırasına Xalq Azadlıq Ordusunun ABŞ-a planlaşdırılan səfəri daxildir.