Çin Koreya yarımadasında gərginlikləri azaltmağa çalışdığını deyir

Çin Koreya yarımadasında gərginlikləri azaltmağa çalışdığını deyir

Çin Koreya yarımadasında gərginliyi azaltmaq üçün ABŞ və onun müttəfiqlərini altı-tərəfli məsləhətləşmələrə qoşulmağa inandırmaqda təmkin nümayiş etdirəcəyini deyir. Çin xarici işlər naziri Yanq Cieçi rəsmi Şinhua xəbər agentliyinə bildirib ki, Pekin ABŞ, Yaponiya və Cənubi Koreyanın tərəddüdlərinə baxmayaraq altı-tərəfli danışıqların bərpa olunmasına çalışacaq. Ötən həftə ABŞ, Yaponiya və Cənubi Koreyanın yüksək rtbəli rəsmiləri Vaşinqtonda bir araya gələrək Şimali Koreyanın təxribatlarına və aqressivliyinə qarşı vahid cəbhə nümayiş etdirmişlər. Müttəfiqlər Çinin diplomatik səylərdə mühüm rol oynadığını bildirmişlər. Lakin onlar Pekinin Şimali Koreya, Rusiya və Çin rəsmiləri birgə yığıncaq keçirmək təklifini rədd ediblər.