Misirə düşmüş kometin 28 milyon yaşı var [Video]

Your browser doesn’t support HTML5

Cənubi Afrika alimləri 28 milyon il əvvəl Yer kürəsinə ilk düşən komet haqda tam dədlil aşkar etdiklərini deyirlər. Misirdə əldə edilən bu tapıntı kainatın bir çox sirlərini aça bilər.

Cənubi Afrika alimləri Yer kürəsinə 28 milyon il bundan əvvəl düşən kometin Misirin qərb bölgəsində aşkar edildiyini deyirlər. Alimlər kometin bir parçası olan bu qara daşın bizim kainatın sirlərinin açılmasına yardım edə biləcəyini deyirlər. Yohannesburq şəhərindəki Vitvotersand Universitetinin alimləri bu açıqlama ilə bu yaxınlarda çıxış ediblər.

Bizim planet meteor və asteroidlərlə tez-tez üzləşir. Lakin Vitvotersand Universitetinin professoru Devid Blok komet düşməsinin unikal və qeyri-adi hal olduğunu deyir.
“Bu, çirkli qar parçası olan yalnız daş deyil, bu, daşla buzun qarışığıdır. Günəş sistemindən gəlmiş bu kiçik kimyəvi zavodda atom hissəcikləri, hydrogen, karbon, azot v baçqa maddələr var. Buradakı maddələr bizə Günəş və onun ətrafındakı planetlərdən qopmalar nəticəsində yaranan tozun tərkibi haqda çox şey deyir.


Bəzi alimlər bu kometin 65 milyon il əvvəl düşərək, dinozavrların kökünü kəsdiyini desələr də buna dair dəlil yoxdur.

Doktor Marko Andreoli deyir ki, kometin düşərək, nələrə səbəb olduğunu görən olmasa da, onun düşdüyü yeri külə döndərdiyi məlumdur. Lakin doktor Andreoli bu kometin yerə düşməsinin göz qabağında olduğunu deyir. “Bizim gördüyümüz astronomik fenomendir.”

Yohannesburq Universitetindən geofizik Yan Kramers düşən cismin komet olması haqda alimlər arasında fikir ayrılıqları olduğunu desə də, özü buna əmindir. “Bunun komet olduğu dəqiqdir, çünki bu günəş sistemindən gəlib və başqa bir şey ola biməz. Günəşdən qopan bu parça gözlənilmədən Yerə düşüb və biz bu komet partlayarkən nələr baş verdiyini, atmosferə necə təsir etdiyini görə bilirik. Yəqin ki, bizim Liviya səhrasında aşkar etdiyimiz şüşəyə bənzər bu komet partlayarkən bu bölgədə istiliyin qalxmasına səbəb olub.”

Alimlər bu komet parçasının üzərində aparılan tədqiqatların onlara kainatın başlanğıcını öyrənməyə imkan yaradacağına ümid edirlər.